Suala gedin:
KİMO Olimpiadasında ümumi 25 sual olacaqdır. Sualların 15-i qapalı, 10-u isə açıq formada olmaqla təşkil ediləcəkdir.
İmtahan müddəti şərti olaraq 100 dəqiqədir.
Müəyyən kriteriyaları keçən şagirdlər qalib olacaqdır. Qaliblər 8 növ mükafat əldə edəcək və "Riyaziyyat və STEAM" adlı düşərgədə iştirak edəcəklər. Düşərgə yalnız KİMO qalibləri üçün nəzərdə tutulmuşdur. Düşərgə müddətində şagirdlər müxtəlif sahələrdə uğurlar qazanmış şəxslərdən təlimlər alacaq və şəxsi inkişaflarında irəliləmələr əldə edəcəklər. Bundan əlavə olaraq şagirdlər müxtəlif qiymətli hədiyyələr və sıralamalara uyğun olaraq medallarla təltif olunacaqlar. Şagirdlərin uğurlarını tanıtmaq məqsədi ilə onların qalibiyyətləri bir çox saytlarda dərc ediləcəkdir.
Fənlər riyaziyyat və riyazi-intellektdir.
Olimpiada nəticələrinin 7 dekabr tarixində açıqlanacağı gözlənilir.
Hər sinif üzrə ən az 25 bal toplayan şagirdə sertifikat, hər sinif üzrə 46-50 bal toplayan şagirdə qızıl, 40-45 gümüş, 34-39 bürünc medal veriləcək, hər sinif üzrə 47 və yüksək bal toplayan şagirdlərə diplom veriləcəkdir.
Mükafatlandırma mərhələsinin dekabr ayı ərzində keçirilməsi planlaşdırılır.
Şagirddən arayış tələbi yoxdur.
Olimpiadanın sonunda şagirdlərə kitabçanın verilməsi nəzərdə tutulmur. Suallar nəticə elan olunduğu tarixdən 20 gün sonra ictimaiyyətlə paylaşılacaqdır.